Lənkəranda II Çay, Çəltik və Sitrus meyvələri festivalı keçirilib.
Ötən əsrin 70-ci illərində keçirilən “Məhsul bayramı” ənənəsi bərpa edilib. Lənkəran şəhərinin mərkəzində H.Əliyev adına Xatirə Parkında təşkil edilən festivalda 100-ə yaxın stend və tumbalar qurulub. Tədbir Çay, Çəltik və Sitrus Festivalı adlandırılsa da, əslində bütün sahələri əhatə edən məhsulların nümayişi təşkil edilib və məhsul bayramı xarakteri daşıyıb.
Festivalda Lənkəranda və Astarada fəaliyyət göstərən çay istehsalçısı şirkətlərinin məhsulları, Lənkəran və Astarada yetişdirilən müxtəlif düyü sortları və onlardan bişirilmiş plovlar, talış mətbəxini əhatə edən dadlı yeməklər, yerli fabriklərin istehsal etdikləri müxtəlif meyvə şirələri və kompotlar sərginlənib.
Festivalda sərgilənən məhsullara baxış keçirmək üçün Lənkəran rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, millət vəkili Hadı Rəcəbli və digər şəxslər də mərkəzi meydana gəliblər.