Balıq ovu
İstirahət gününü balıq ovunda keçirərkən, özünüzü dərhal ən azı bir həftə gümrah hiss edəcəksiniz. Görkəmli alim A.L.Myasnikov yazırdı: “İnsan çay, göl və ua nohur qırağında olarkən, onun nəbz tezliyi də azalır, lakin buna baxmayaraq, ağ ciyərlərin ventilyasiyası 15 – 20% artır!”. Balıq ovu zamanı əsəblər sakitləşir. Hətta həkimlər də yorğunluq, yuxusuzluq və ya yüksək təzyiqdən əziyyət çəkən pasiyentlərinə balıq ovu ilə məşğul olmağı tövsiyyə edir. Balıq tutma nəinki idman və istirahətdir, eyni zamanda qabiliyyətlərin inkişaf etdirilməsi deməkdir.