Daxil ol Qeydiyyat

Akkaunta daxil ol

İstifadəçi adı *
Şifrə *
Yadda saxla

Akkaunt yarad

Vacib bölmələr ulduz işarəsi ilə qeyd olunub (*).
Ad *
İstifadəçi adı *
Şifrə *
Şifrəni təsdiqi *
E-mail *
E-mail təsdiqi *
Müdafiə *
RELOAD_CAPTCHA

baner 

HomeXidmətlərSanatoriya

Sanatoriya

45Dənizin, meşənin və Talış dağlarının qovuşduğu "Palıdlı Sahil" istirahət mərkəzində artıq 5 ildir ki, şəkərli diabet xəstəliyi olan uşaqların sosial psixoloji adaptasiyası və müalicə kursları aparılır. Sanatoriyada 14 gün ərzində uşaqlı-böyüklü diabet xəstələrinin həyat tərzi, davranış qaydaları, müalicəsinin forma və metodları çap materiallarında və əyani şəkildə posientlərə çatdırılır.

Təmiz hava, rəngarəng terenkurlar, fizioterapevtik prosedurlar, idman hərəkətləri sağlamlığın bərpasına yönəlmişdir.
Dietik Lənkəran yeməkləri müəssisənin özünün heyvandarlıq fermasından və əkin sahələrindən ekoloji təmiz məhsullardan hazırlanaraq süfrəyə verilir.
Müalicə və profilaktik tədbirlər Səhiyyə Nazirliyinin baş endokrinoloqunun diqqəti altında keçirilir. Sanatoriyaya putyovkanın (yollayış) dəyəri: dövlət qeydiyyatında olan və diabet ictimai birliklərinin göndərişləri əsasında gələnlərə 40% güzəştlə hesablanır. Bütün şəraiti olan 2 nəfərlik P.S. Oteldə (1 nömrədə iki nəfər qalmağ şərti ilə), yemək və dioqnostika daxil olmaqla putyovkaların (yollayışların) bir günlük güzəştli qiyməti adambaşına orta hesabla 40AZN təşkil edir.

 

SANATOR KURORT XİDMƏTLƏRİ

    1. Klassik, müalicəvi və ekzotik massaj.
    2. Gözəllik salonu (bərbər, manikür, pedikür...)
    3. Sauna, su hovuzu, mirvari vannası, fin hamamı...
    4. Duş proseduraları (iynəvari, şarko, yelpikvari, sirkulyar və yuxarı qalxan)
    5. Fitnes (trenajor) və stolüstü oyunlar (bilıyard, nərd, şahmat, ddama...)
    6. Şəkərli diabet, ürək-damar və mədə-bağırsaq xəstəliklərinin reabilitasiyası.
    7. Təbii müalicə üsulları (zəli qoyma, pilinq (kisəçəkmə), palçıq yaxması, banka...)
    8. İnqalyasiya və biokimyəvi laborator analizlər.
    9. Həkim məsləhətləri (terapevt, stomatoloq, ofiolmoloq...)
    10. Fito bar (dəmləmələr) və dietik pəhriz yeməkləri.

 

joomlamodniyportal.ru

 

Billur dəniz, palid meşəsi və Talış dağlarının əhatəsində yerləşən bu məkanda istirahət, sağlamlıq və əyləncə üçün hər cür rəngarəng və eksklüziv şərait mövcüddur. Restoran və barlarda Sizi ləziz Lənkəran yeməklərini, dəmləmələrini müsabiqələr laureatları olan aşbazlar təqdim edəcəklər. Burada fizioterapevtik müalicə otaqları və idman zalı bu günlərdə qapılarını üzünüzə açacaqdır.

 

 

 

"Palıdlı sahil" istirahət mərkəzinin əsas funksiyalarından biri sizin sağlamlığınızı düşünməkdir.

text-shadow

Bizim məqsədimiz sizə sağlam istirahətinizin və ömür boyu unudulmayacaq
maraqlı ekskursiyaların planlaşdırılması və həyata keçirilməsi
üçün hərtərəfli xidmət göstərməkdir.