Daxil ol Qeydiyyat

Akkaunta daxil ol

İstifadəçi adı *
Şifrə *
Yadda saxla

Akkaunt yarad

Vacib bölmələr ulduz işarəsi ilə qeyd olunub (*).
Ad *
İstifadəçi adı *
Şifrə *
Şifrəni təsdiqi *
E-mail *
E-mail təsdiqi *
Müdafiə *
RELOAD_CAPTCHA

baner 

HomeTibbi yeməklər

Tibbi yeməklər

diyetaŞəkərli diabetdə pəhriz yeməyi

Diabetik xəstələr həyatın sonuna qədər pəhriz saxlamağa məcburdur. Pəhrizli yemək diabetik xəstələrdə əsas müalicə faktorudur. Qida karbohidratlar, yağlar və zülallardan ibarətdir. Qəbul etdiyimiz qidalardan 55-60 % karbohidratların, 11-15 % zülalların, 30% isə yağların hesabına olmalıdır. Hal hazırda diabetli xəstələrə tərkibində mürəkkəb karbohidratlar olan sellülozalı və az şəkərli, yağlı qida məhsulları məsləhət görülür. Sutkada 5-6 dəfə qidalanmaq məsləhətdir. Qidalanmaq üçün seçilmiş tərəvəzlər, gül kələmi, ispanaq, salat, yaşıl noxud, xiyar, pomidor. Qaraciyərin funksiyasını yaxşılaşdırmaq üçün kəsmik, soya, yulaf yarmasını rasiona daxil etmək lazımdır. Pəhriz zamanı yağlı yeməklərin mümkün qədər istifadəsinə məhdudiyyət qoyulmalıdır.

Pəhrizə daxil olmalıdır:

  1. çörək və un məmulatları(qara çörək, günə 200-300 q).dieta2
  2. ət və balıq bulyonlu, tərəvəzli şorbalar( həftədə 1-2 dəfə)
  3. ət və toyuq yeməkləri
  4. yağlı olmayan balıq yeməkləri
  5. tərəvəzli qidalar (adi və gül kələmi, turp, xiyar, kartof, çuğundur, kök)
  6. yumurta
  7. şirin qidalar(alma, limon, portağal, turş və meyxoş meyvə)
  8. süd və süd məhsulları
  9. qəlyanaltılar, salatlar
  10. içkilər: südlüçay, kofe, pomidor şirəsi, meyvə şirəsi
  11. kərə yağı, bitki yağı

Diabetik xəstələrin qidası vitaminlərlə zəngin olmalıdır. Mədə-bağırsaq xəstəliklərində pəhriz yeməkləri Pəhriz seçilərkən mədənin turşu sekresiyası funksiyası nəzərə alınmalıdır. Qida rasionundan mədə turşuluğunun sekresiyasını artıran qidalar kənar edilməlidir: ət və balıq bulyonları, yağlı yeməklər, konservlər və hisə verilmiş qidalar, ədviyyatlar duzlu və marinadlar, kofe, tünd çay, qazlı meyvə şirələri, alkoqol içkilər.

Pəhrizə daxil edilmiş qidalar:

  1. Makaron məmulatları, sıyıqlar, sərt biskvit və peçenyelər.
  2. Tərəvəzlər: kartof, kök, gül kələmi

Ürək-damar xəstəliklərində pəhriz:

Ürək-damar xəstəliklərində müalicəvi qida əsas rol oynayır. Düzgün seçilən qida ürək-qan damarlarını qidalandırır, iltihabəleyhinə və antiallergik təsir göstərir.

Pəhrizə daxildir:

  1. Süd məhsulları: qaynar süd, kəsmik, pendir, pudinqlər.dieta1
  2. Qaynadılmış ət və balıq yeməkləri
  3. Tərəvəzlər: turp, kök, gül kələmi
  4. Təzə pomidor, xiyar, yaşıl soğan, cəfəri.
  5. Kartof yeməkləri
  6. Sıyıqlar: qarabaşaq, yulaf
  7. Yumurtanı qidanın tərkibində qəbul etmək məsləhət görülür

Hər gün təzə meyvə və giləmeyvə yemək lazımdır.

 

 

"Palıdlı sahil" istirahət mərkəzinin əsas funksiyalarından biri sizin sağlamlığınızı düşünməkdir.

text-shadow

Bizim məqsədimiz sizə sağlam istirahətinizin və ömür boyu unudulmayacaq
maraqlı ekskursiyaların planlaşdırılması və həyata keçirilməsi
üçün hərtərəfli xidmət göstərməkdir.