Daxil ol Qeydiyyat

Akkaunta daxil ol

İstifadəçi adı *
Şifrə *
Yadda saxla

Akkaunt yarad

Vacib bölmələr ulduz işarəsi ilə qeyd olunub (*).
Ad *
İstifadəçi adı *
Şifrə *
Şifrəni təsdiqi *
E-mail *
E-mail təsdiqi *
Müdafiə *
RELOAD_CAPTCHA

baner 

HomeƏyləncəVelosiped gəzintiləri

Velosiped gəzintiləri

velosiped94"Palıdlı Sahil" buraya gələnlərə Lənkəranın göz oxşayan mənzərəli yerlərinə velosiped gəzintiləri təklif edir. Velosiped gəzintiləri həm zövq, şəfa, həm də sağlamlığa fayda deməkdir. Mütəxəssis tibb işçiləri iddia edirlər ki, velosiped idmanı həvəskarları öz ürək əzələlərini möhkəmləndirmiş olurlar.  Velosiped surmə dunyanın bir sıra ölkələrində geniş şöhrət qazanırlar. Bəzi yerlərdə (xüsusən sıx məskünlaşmış meqapolislərdə) velosiped zərurətə çevrilməkdədir. Lakin, cox vaxt insanlar velosiped idmanı ilə ona görə məşgul olmağa baslayırlar ki, onun sağlamlıq ücün faydası böyükdür. Fitnes mütəxəssisləri fiziki fəallığın bu növünü ayaq və kürək əzələlərinin möhkəmləndirilməsi ücün tövsiyyə edirlər.

 

velosiped97Bundan başqa, velosiped orqanizimdə artıq piyin əridilməsi ücün əla trenajordur. Velosiped sürmə varikozdan əziyyət çəkən insanlar ücün cox faydalıdır. Ayaqlar pedalları hərləyərkən venalardakı qan daha sürətlə dövr edir və damarlarda durğunluq halları azalır. Velosiped gəzintiləri vegetativ damar distoniyasının profilaktikası ücün əla vasitədir. Velosiped sürərkən vestibülyar aparat möhkəmlənir, kiçik çanaqda qan dövranı yaxşılaşır ki, bu da kişilərdə adenoma kimi təhlükəli xəstəliyin profilaktikası ücün mühümdür. Lakin, velosipetdən istifadənin əsas üstünlüyü ürək əzələlərinin möhkəmləndirilməsidir. Tibb mütəxəssisləri bir sıra araşdırmalar arparmış və aşağıdakı faktı məyyən etmişdir:

Velosiped idmanı ilə daimi əsasda məşgul olan insanların ürəyi möhkəm və sağlam olur. Belə həvəskarların orqanizminin ümumi vəziyyəti başqa vətəndaşlara nisbətən daha yaxşıdır. Bu asan izah olunur, fəal hərəkət zamanı əzələlər intensiv işləyir və qan oksigenlə daha çox zənginləşir. velosiped98Ekspertlər deyirlər ki, məhz buna görə yaşlı velosipedçilərin sağlamlığı yaşıdlarına nisbətən daha yaxşıdır. Velosiped əlavə çəkidən xilas olmaq istəyənlər ücün də çox faydalıdır.Velosiped sürərkən artıq piylər əriyir, omba-bud nahiyyəsində piy qatı azalır. Lakin, bundan ötru velosiped gəzintiləri müntəzəm olmalı və azı 45 dəqiqə davam etməlidir. Velosiped gəzintiləri hətta gözlər ücün də faydalıdır. Baxışı uzağdakı obyektlərə yonəltməklə biz göz əzələlərini möhkəmlədirik ki, onunlada yaxından görmənin yaranması riskini azaltmış oluruq. Velosiped sürərkən insan gümrahlaşır, onun əhval ruhiyyəsi, ümümi emosianal vəziyyəti yaxşılaşır o zaman əsəb sistemi möhkəmlənir, gündəlik qayğılar və həyəcanlar azalır, insan stresdən uzaqlaşmış olur.

velosiped96velosiped95

 

Digər mövzular

Balıq ovu
Üzgüçülük
At gəzintiləri

 

 

"Palıdlı sahil" istirahət mərkəzinin əsas funksiyalarından biri sizin sağlamlığınızı düşünməkdir.

text-shadow

Bizim məqsədimiz sizə sağlam istirahətinizin və ömür boyu unudulmayacaq
maraqlı ekskursiyaların planlaşdırılması və həyata keçirilməsi
üçün hərtərəfli xidmət göstərməkdir.