Daxil ol Qeydiyyat

Akkaunta daxil ol

İstifadəçi adı *
Şifrə *
Yadda saxla

Akkaunt yarad

Vacib bölmələr ulduz işarəsi ilə qeyd olunub (*).
Ad *
İstifadəçi adı *
Şifrə *
Şifrəni təsdiqi *
E-mail *
E-mail təsdiqi *
Müdafiə *
RELOAD_CAPTCHA

baner 

HomeƏyləncəBalıq ovu

Balıq ovu

baliq93Balıq ovunun ovqat və sağlamlığa müsbət təsiri hələ qədim zamanlardan dəyərləndirilir. Assuriya daş lövhələrinin üzərində öz öyüdnaməsini yazmış müdriklərdən birinin söylədiyi kimi: "Mələklər ömür hesabına balıq ovunda keçirilmiş zamanı əlavə etmir". Arxeoloqlar qədim Romada hazırlanmış və üzərində Venera və Amurun əllərində tilov tutmuş təsviri olan freska tapmışdır. Şərqdə də balıq ovu heç də az sevilmir - bir çox qədim çin filosofları və hətta imperatorlar müvazinət və rahatlıq hislərini məhz balıq ovu zamanı keçirirdi. Hamının tanıdığı Kleopatra və onun sevgilisi Antoni birlikdə balıq tutmağı sevirdi

baliq90İstirahət gününü balıq ovunda keçirərkən, özünüzü dərhal ən azı bir həftə gümrah hiss edəcəksiniz. Görkəmli alim A.L.Myasnikov yazırdı: "İnsan çay, göl və ua nohur qırağında olarkən, onun nəbz tezliyi də azalır, lakin buna baxmayaraq, ağ ciyərlərin ventilyasiyası 15 - 20% artır!". Balıq ovu zamanı əsəblər sakitləşir. Hətta həkimlər də yorğunluq, yuxusuzluq və ya yüksək təzyiqdən əziyyət çəkən pasiyentlərinə balıq ovu ilə məşğul olmağı tövsiyyə edir. Balıq tutma nəinki idman və istirahətdir, eyni zamanda qabiliyyətlərin inkişaf etdirilməsi deməkdir.

baliq71Balıq tutma zamanı müşahidə etmə, səbirlilik, zirəklik, hövsələ qabiliyyətləri xeyli artır. Bu keyfiyyətlər bizə həyatda da bir çox vəziyyətlərdə kömək edir, xüsusən, gərgin iş ilə məşğul olanda. Balıq ovu çətinlikləri dəf etmək, qalibiyyətinədək getməyi öyrədir. Balıq ovu zamanı xasiyyət möhkəmlənir, məkanın səmtini müəyyən etmək qabiliyyəti yaranır. Ovçu və ya balıqçını özündən çıxarmaq çox çətindir. Əsl balıqçılar orqanizm üçün çox faydalı olan sağlam qida hazırlaya bilir. Əsl balıqçı yeməyindən danışsaq, sözsüz ki, uxa, yəni, balıq şorbasını qeyd etmək lazımdır. Balıq şorbası həzm prosesinə çox xeyirli təsir göstərir. Çay balığı, göyərti, tərəvəz, arpa yarması, özü də göy soğan ilə birlikdə - bundan yaxşı nə ola bilər? Xüsusən də ətrafda təmiz hava, göl və ya çayın həzin şırıltısı, tamamilə rahatlaşdırıcı sükut, göz önündə isə təbiətin bəxş etdiyi füsunkar peyzaj olduqda. İndi anladınızmı, nə üçün balıq ovu sinir sistemi və bütövlükdə orqanizmə belə faydalı təsir göstərir?

Alimlərin fikrincə, balıq ovu zamanı nəbzin tezliyi dəqiqədə 5-6 vurğu azalır. Ağ ciyər ventilyasiyası 15-20% artır, təmiz hava insanı daha dərindən nəfəs almağa vadar edir. Ağ ciyərlərin aşağı paylarında qan durğunluğu aradan qaldırılır, iş qabiliyyəti artır, ürək-damar sistemi xəstəliklərinin qaşısı alınır. Sakitlik isə, vegetativ sinir sistemini bərpa edir.Beləliklə, balıq bizim qayğımıza qalan həkimimiz rolunda çıxış edir.

baliq27

 

Digər mövzular

Üzgüçülük
At gəzintiləri
Velosiped gəzintiləri

 

 

"Palıdlı sahil" istirahət mərkəzinin əsas funksiyalarından biri sizin sağlamlığınızı düşünməkdir.

text-shadow

Bizim məqsədimiz sizə sağlam istirahətinizin və ömür boyu unudulmayacaq
maraqlı ekskursiyaların planlaşdırılması və həyata keçirilməsi
üçün hərtərəfli xidmət göstərməkdir.