Nərə kababın basdırması

релиз joomla 3.5
Зубная паста SPLAT
Nəşr edilib 19.03.2013 23:38
Müəllif: Palidli Sahil
Baxış sayı: 1118

nerekebabi-thumb

Balıq – 2 kq,
Baş soğan – 3 baş,
Tomat məcunu – 2 xörək qaşığı,
Duz, istiot – zövqə görə

 

HAZIRLANMASI

 

Dərisi çıxarılmış nərə balığı paylara bölünür, soğan xırda-xırda doğranır və balığa qarışdırılır, sonra balıq duzlanır, istiotlanır, qazana kip-kip yığılır və səhərə kimi soyuq yerdə, isti vaxtlarda isə soyuducunun aşağı gözündə saxlanılır.
Hazırlamazdan əvvəl soyuducudan çıxarılır, otaq temperaturunda saxlanılır. Sonra soğandan təmizlənir üstünə sarıkök əlavə edilmiş tomat məcunu və ya xama sürtülür və bir-bir şişə taxılıb manqalda qızardılır. Balığı qurutmaq olmaz, o çox zərif və ətirli çıxır. Süfrəyə təzə göyərti, tərəvəz və narşərab sousu ilə və ya nar dənələri ilə verilir.

 

фитнес дома уроки упражнения
скачать игры андроид