Daxil ol Qeydiyyat

Akkaunta daxil ol

İstifadəçi adı *
Şifrə *
Yadda saxla

Akkaunt yarad

Vacib bölmələr ulduz işarəsi ilə qeyd olunub (*).
Ad *
İstifadəçi adı *
Şifrə *
Şifrəni təsdiqi *
E-mail *
E-mail təsdiqi *
Müdafiə *
RELOAD_CAPTCHA

baner 

Home

Lənkəranı kəşf et

"Palıdlı sahil" istirahət mərkəzi istirahət günlərini Lənkəranda keçirmək istəyən qonaqlara, turistlərə və xüsusilə məşğul insanlar üçün "Lənkəranı kəşf et" turpaketini təqdim edir.

Turistlərə tur proqramlardan əlavə  komfortlu otel, istirahətiniz üçün basseyn, sauna, diskoteka, eksklyuziv Lənkəran mətbəxi ilə zəngin restoran və stol üstü oyunlari təşkil edir. 

Daimi qonaqlar istədiyləri vaxda şəhərə, hava limanına, dəmir yol vaqzalına taksi sifarişinin təşkilini, Lənkaranla tanış olmaq istəyən qonaqlara ayrıca, hər bir müştəriyə, kinoya, teatra, əyləncələrə bilet sifarişini təşkil edir. 

Lənkəran haqda qısa məlumat.

Azərbaycanın ən qədim və gözəl şəhərlərindən olan Lənkəran şəhəri 38 şimal, 40 şərq  en dairəsinin kəsişdiyi, Xəzər dənizinin cənubi-qərb sahilində, Lənkəran çayın Xəzər dənizinə töküldüyü yerdə yerləşir. Lənkəran bölgəsi Talış dağlarından Xəzər dənizinə qədər geniş bir ərazini əhatə edir. Bu regionun əlverişli coğrafi mövqeyi qədim vaxtlardan insanları buraya cəlb edirdi. Bura həm də son dərəcə mənzərəli təbiətə, unikal bitki aləminə malik olan subtropik ərazi, nadir quş və heyvan növlərinin yaşadığı bir yer kimi məşhurdur. Lənkəran rayonu Azərbaycanın cənub-şərqində, onlarca kilometr məsafəyə uzanıb gedən Lənkəran ovalığında yerləşir. Rayonun ərazisi şərqdən Xəzər dənizi ilə həmhüduddur. Burada 29 min hektar sahə meşələrlə örtülmüşdür. Lənkəranın iqlimi rütubətli subtropikdir. Bu yerlərdə sərt və qarlı qış olmur.

Lənkəran rayonunun zəngin flora və faunası var. Talış dağlarında bitən nadir və endemik ağaclar bütün dünyada məşhurdur. Dəmirağacı, azat, ipək akasiya, palıd, evkalipt, mantar ağacı, məxmər rəngli ağcaqayın, nil, Hirkan şümşadı, haqlı olaraq, Lənkəran florasının inciləri sayılır. Lənkəranda bitən əsas meşə ağacı enliyarpaqlı palıddır. Bu ağac nadir ağacların üçüncü nəslinə mənsubdur. Onun hündürlüyü 40-45 metr olur. Daha bir nadir bitki növü olan dəmirağacının xarakterik cəhətlərindən biri ondan ibarətdir ki, bu ağacın yarpaqları qış fəslində tökülmür, onlar quruyaraq ağacda qalırlar. Meşələrdə çoxlu cır meyvə ağacları, dərman bitkiləri və kollar bitir. 

Lənkəran rayonunun ərazisində Hirkan Milli Parkı və Qızılağac qoruğu var. Burada qırqovul, qu quşu, kəklik, ağ qartal və digər nadir quş növləri yaşayırlar.Ümumiyyətlə, burada 270 növ quş var. Hirkan Milli Parkında isə nəsli kəsilməkdə olan qədim ağac növlərinə daha çox rast gəlmək olar. Lənkəran toponiminin haradan götürülməsi, onun mənası hələ indiyə qədər mübahisəli olaraq qalır. Lənkəran və onun ətraf yerlərininin daha cox gədimliyinə nişan verən sənədlərdən məşhuru yunan tarixçisi Herodotun məlumatıdır.

Otelin ərazisində göstərilən xidmətlər:

  • xüsusi turların təşkili
  • Uçuş reyslərin, qatar və avtobusların gedişi haqda informasıyanın əldə etməsi
  • Əlil insanlar üçün şərait
  • uşaqların yerləşdirilməsi
  • yeni ailə quranlar üçün romantik şəraitin yaradılması
  • internetə pulsuz giriş
  • gözəllik salonu, fitnes zal və sauna
  • diskoteka, stol üstü oyunlar, dəniz kanarı gəzinti
  • velosiped gəzintisi və at çapma.

 

Əlaqə telefonlarımız: (012) 493-99-72 (077) 364-36-66 , E-mail:  Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Sonuncu dəyişiklər Çərşənbə, 20 Aprel 2016 15:43
Materialı qiymətləndirin
(6 səslər)

"Palıdlı sahil" istirahət mərkəzinin əsas funksiyalarından biri sizin sağlamlığınızı düşünməkdir.

text-shadow

Bizim məqsədimiz sizə sağlam istirahətinizin və ömür boyu unudulmayacaq
maraqlı ekskursiyaların planlaşdırılması və həyata keçirilməsi
üçün hərtərəfli xidmət göstərməkdir.