Daxil ol Qeydiyyat

Akkaunta daxil ol

İstifadəçi adı *
Şifrə *
Yadda saxla

Akkaunt yarad

Vacib bölmələr ulduz işarəsi ilə qeyd olunub (*).
Ad *
İstifadəçi adı *
Şifrə *
Şifrəni təsdiqi *
E-mail *
E-mail təsdiqi *
Müdafiə *
RELOAD_CAPTCHA

baner 

HomeƏlaqəHaqqımızda

Haqqımızda

Lənkəran ta qədimdən özünün balneoloji, kükürdlü isti suyu, şəfaverici bulaqları və dəniz kənarında tərkibində çoxlu dəmir olan qara qumu ilə məhşurdur. İnsanlar bu yerlərdə təbiətlə təmasda olur, onun əsrarəngiz şəfaverici hikmətlərindən faydalanırlar. Lənkəranın Aşagı Nüvədi və Sütəmurdov kəndləri arasında dəniz kənarında yerləşən "Nəvedabad" deyilən, illərlə baxımsız qalmış qum və torpaq karyerinə çevirilmiş bir əraziyə 2005-ci ilin mart ayinin sonlarında kommunist dövrünün "Meşəci" qonaq evi ərazisindən, ilk cığır salındı. Dənizin, meşənin və dağın qovuşduğu "Palıdlı Sahil" istirahət mərkəzi belə yaradılmışdır. Kiçik bir ərazi icarəyə götürülmüş, ilk abadlıq işləri başlanılmışdı. Cınqıl yol döşəndi, yarganlar və qum gölməcələri səliqəyə salındı, nəhayət burada iki daş ev, doqquz kotec, bir restoran və bir neçə inzibati bina 2006-cı ilin may ayının 26-da istifadəyə verilmişdir.

haqqimizda56haqqimizda57


2008-ci ilin iyun ayının sonunda 12 nömrəlik kiçik ekskluziv otel binası istifadəyə verildi, dəniz kənarında çimərlik inşa edildi. 2011-ci ilin iyun ayının ortalarında 6 mərtəbəli şəkərli diabet sanatoriyasının ilk 20 otağı istifadəyə verildi. Bu ərazi indi əkin sahəsilə birgə 8 hektar sahəni əhatə edir. Ötən müddət ərzində ərazidə 3000-ə yaxın dəmir agac, palıd, küknar və digər dekorativ bitkilər əkilib yetişdirildi. Böyük çilingi, çiçək-manqal təsərrüfatı yaradıldı. Ərazinin 4 hektar sahəsində ekoloji təmiz tərəvəz, bostan və digər bitkilər əkildi. Burada 2 hektar sahədə meyvə bağları salındı. 2010-ci ildən başlayaraq müəssisə özünün heyvandarlıq kompleksindən süd məhsulları ixrac edir.

haqqimizda59haqqimizda60haqqimizda61


Balıq tutmaq istəyənlər üçün istirahət mərkəzinin həyətində süni göl və ada yaradılmışdır. Bu istirahət edənlərin zövqünə oxşayacaq . Ərazidə bir necə eksklüziv fontanlar fəaliyyət göstərir. Lənkəranın maraqlı insanlarının şarj heykəlləri dincələnlərin marağına səbəb olur.

 

haqqimizda62haqqimizda65

 

 

"Palıdlı sahil" istirahət mərkəzinin əsas funksiyalarından biri sizin sağlamlığınızı düşünməkdir.

text-shadow

Bizim məqsədimiz sizə sağlam istirahətinizin və ömür boyu unudulmayacaq
maraqlı ekskursiyaların planlaşdırılması və həyata keçirilməsi
üçün hərtərəfli xidmət göstərməkdir.