Palıdlı Sahil

Haqqımızda

Palıdlı Sahil illərdir sizə gözəl və unudulmaz günlər bəxş edir. Burada təmiz təbiət, bölgə ilə tanışlıq gəzintiləri, müalicəvi və sağlamlıq prosedurları, komfortlu otaqlar, gülərüz personal, ideal xidmət sizi gözləyir. Otelimiz 3 korpusdan və 77 otaqdan ibarətdir.Meşə ərazimizdə 10 kottec yerlərşir. Həmçinin qonaqlarımızın ağız dadını yeniləmək üçün özünə məxsus yeməkləri ilə seçilən 3 restoranımız da fəaliyyət göstərir. Burada siz toy, nişan və ad günlərinizi yadda qalan edə bilərsizin. Biznes görüşləriniz üçün 120 nəfərlik konfrans zalımız sizin xidmətinizdədir. Sizi istirahət mərkəzimizdən, yeni çəkilmiş gözəl və təhlükəsiz yol ilə paytaxtdan cəmi iki saatlıq zaman ayırır.

Bizim ən başlıca məqsədlərimizdən biri insanların sağlamlığını düşünməkdir. Palıdlı sahil əkin sahəsi ilə birgə 8 hektar sahəni əhatə edir. Ötən müddət ərzində ərazidə 3000-ə yaxın dəmir agac, palıd, küknar və digər dekorativ bitkilər əkilib yetişdirilib. Böyük çilingi, çiçək-manqal təsərrüfatı yaradılmışdır. Ərazinin 4 hektar sahəsində ekoloji təmiz tərəvəz, bostan və digər bitkilər əkilmişdir. Burada 2 hektar sahədə meyvə bağları salınmışdır. 2010-ci ildən başlayaraq müəssisə özünün heyvandarlıq kompleksindən süd məhsulları ixrac edir. Məhsullarımızın öz bağımızdan olması bizim ən gözəl üstünlüyümüzdür.