Palıdlı Sahilin iştiraki ilə Beynəlxalq Turizm və Səyahətlər sərgisi.

Palıdlı Sahilin iştiraki ilə Beynəlxalq Turizm və Səyahətlər sərgisi.

Aprel 5, 2018 By Tədbir Şərhlər söndürülmüşdür

Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF” 2018 sərgisi 5 aprel tarixində Bakı Ekspo Mərkəzində start götürüldü. Sayca 17-ci olan bu sərgi turizm biznesi, yerli və regional turizm təşkilatları, dövlət strukturları, eləcə də media nümayəndələrini yenidən bir araya topladı və regionun həm daxili, həm də xarici turizm dinamikasını yaxından əks etdirdi. İşgüzar turizm qovşağı (“hub”) kimi fəaliyyət göstərən “AITF” sərgisi mühüm görüşlərin keçirildiyi, müqavilələrin imzalandığı, habelə yeni proqram və istiqamətlərin elan edildiyi məkandır. Respublika rəhbərliyi tərəfindən həm turizmə həm də “AITF” sərgisinə göstərilən xüsusi diqqət turizm sahəsinin biznes əlaqələrinin inkişafına əlavə təkan verir. Son bir neçə ildir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu sərgini ziyarət edir, sərgi ekspozisiyaları və iştirakçıları ilə tanış olur. Yarandığı gündən etibarən “AITF” sərgisi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tərəfindən dəstəklənir.